İngilis, rus və alman dillərini ən effektiv üsulla öyrən.
FluentED xarici dildə danışmaq üçün lazım olan hər şeyi bir tətbiqdə toplayıb: xarici dili səlis danışıq səviyyəsində öyrədən xüsusi qurulmuş sistem, öyrəndiklərini unutmağa qoymayan təkrar programlaması, ikidilli altyazılı videolar və bir klikdə tərcüməni göstərən kitablar. Hamısı Azərbaycan dilində izahla.
- Dinlə
- Yaz
- Diktə
- Səs
- Yaddaş
- Video
- Kitablar
FluentED 70 saniyədə.
Məşq mərhələlərinin necə işlədiyini, tələffüz və yazı səhvlərinin necə düzəldildiyini, eləcə də video və kitab bölmələrini qısa videoda izlə.
- 01Gündəlik plan: yeni cümlələr və vaxtında edilən təkrarlar
- 02Hər cümləni tam mənimsəmək üçün 5 ardıcıl mərhələ
- 03Kitab və videolarda istənilən sözün dərhal tərcüməsi
Bir cümlə, beş mərhələ.
Hər yeni cümlə sadədən çətinə doğru beş addımda qarşına çıxır. Əvvəlcə cümləyə qulaq asıb tanış olursan, son mərhələdə isə heç bir kömək olmadan özün sərbəst deyirsən.
Səhvini göstərir, səbəbini sadə dillə izah edir.
Danışanda tətbiq səsinə qulaq asır və hansı sözlərin tam aydın çıxmadığını qeyd edir. Yazanda isə qrammatik səhvlərini tapır, niyə səhv olduğunu Azərbaycan dilində başa salır və düzgün formanı göstərir.
Tələffüz yoxlaması
Eşitdiyim: “Honestly, I sink it’s the opposite.”
“think” sözündəki “th” səsini düzgün çıxarmaq üçün dilinin ucunu dişlərinin arasına toxundur və havanı yüngülcə burax. Onu adi “s” kimi oxuma.
Ich möchte bitte zahlen.
“möchte” sözündəki “ch” səsi qalın “x” kimi yox, dilin ortasını damağa yaxınlaşdıraraq yumşaq tələffüz olunur.
Сколько это стоит?
“сто́ит” sözündə vurğu birinci hecadadır, ona görə də “o” səsi aydın tələffüz olunmalıdır.
Yazı yoxlaması
Yesterday I go went to the airport by bus.
“Yesterday” (dünən) keçmiş zamanı bildirir. Buna görə “go” feli keçmiş zamanda “went” olmalıdır.
Gestern ich bin bin ich ins Kino gegangen.
Alman dilində cümlə “Gestern” (zaman zərfi) ilə başlayanda xəbər (“bin”) mübtədadan (“ich”) əvvəl gəlir.
Я иду в школе школу.
İstiqamət bildirəndə (haraya?) “в” sözönündən sonra isim təsirlik halda (Винительный падеж) olur: “в школу”.
Öyrəndiklərini unutmağa qoymur.
Yeni öyrəndiyin cümləni bir dəfə təkrarlamaq kifayət etmir, bir neçə gündən sonra yaddan çıxır. FluentED keçdiyin cümlələri tam unudulacağı vaxtda yenidən qarşına çıxarır ki, öyrəndiklərin qalıcı yaddaşa keçsin.
Hər növbəti təkrarda tapşırıq bir az daha çətinləşir. Əgər cümləni səhv desən, sistem onu yenidən birinci mərhələyə qaytarır.
Vaxtına və şəraitinə uyğun rejimi seç.
İstədiyin vaxt ana ekrandan rejimi bir toxunuşla dəyişə bilərsən. Hansı rejimdə məşq etsən də, qaldığın yer və nəticələrin hesabında saxlanılır.
Tam məşq
Əsas məşq rejimi. Cümləni dinləyirsən, yazırsan, diktə ilə yoxlayırsan, səsini yazırsan və sonda yaddaşdan deyirsən.
Dinləmə
Telefonu cibinə qoy və qulaqlığı tax. Hər cümlə əvvəlcə Azərbaycan dilində, ardınca isə öyrəndiyin dildə səslənir.
Yolda · idmanda · ev işlərində
Our flight was delayeddelayedgecikmiş by two hours.
Oxu
Gündəlik mövzularda qısa mətnləri və dialoqları oxu. Bilmədiyin sözə toxunan kimi tərcüməsi ekranda açılır.
Sevdiyin videoları ikidilli altyazı ilə izlə.
İstədiyin YouTube videosunun linkini yapışdır. Orijinal altyazının (ingilis, alman və ya rusca) düz altında Azərbaycan dilində tərcüməsi gedir. Bilmədiyin sözə toxunanda video avtomatik dayanır və sözün mənası açılır.
- Sözə toxun: video dayansın, tərcüməsini gör
- İstədiyin sətri təkrarla və ya danışıq sürətini azalt
- Altyazının ölçüsünü və rəngini gözünə uyğun tənzimlə
- Yeni sözləri lüğətinə əlavə et, sonra kartlarla təkrarla
İngilis, alman və ya rus dilində altyazısı olan bütün YouTube videoları ilə işləyir. Cihazındakı video faylları da .srt altyazı ilə aça bilərsən.
Kitabları lüğət axtarmadan, tərcümə ilə oxu.
Öz kitabını yüklə və ya tətbiqdəki hazır kitabxanadan seç. Bilmədiyin sözə bir dəfə toxunanda həmin sözün, barmağını basılı saxlayanda isə bütöv cümlənin tərcüməsi çıxır.
- EPUB, FB2, PDF, TXT və DOCX formatlarını dəstəkləyir
- Hazır kitabxana: hər səviyyəyə uyğun hekayələr və klassik əsərlər
- Seçdiyin sözlər ayrıca siyahıya düşür ki, sonra kartlarla məşq edəsən
- Yüklədiyin kitablar yalnız sənin öz cihazında qalır
Sıfırdan C1 səviyyəsinə qədər.
İlk dəfə daxil olanda həm öyrənmək istədiyin dili, həm də hazırkı səviyyəni seçirsən. İrəlilədikcə cümlələr böyüyür, mövzular daha da dərinləşir. Bütün cümlələr real həyatdan götürülüb:
kafe · hava limanı · iş görüşü · həkim · səyahət · alış-veriş
- A1Ən vacib sözlər, sadə cümlələr və ilkin tanışlıq ifadələri.
- A2Gündəlik məişət söhbətləri və səyahətdə lazım olan əsas dialoqlar.
- B1–B2Fikrini rahat izah etmək, müzakirə aparmaq və fasiləsiz danışmaq.
- C1Mürəkkəb mövzularda axıcı danışmaq, təbii ifadələr və canlı danışıq tərzi.
- 3xarici dil (EN, DE, RU)
- 5məşq mərhələsi
- 3fərqli rejim
- 2cihazda eyni hesab
Sənə uyğun planı seç.
Bütün planlarda tətbiqin hər bir funksiyası və hər üç dil (ingilis, alman, rus) tam açıqdır. Fərq yalnız istifadə müddətindədir.
- İngilis, alman və rus dilləri
- Tam məşq, Dinləmə və Oxu rejimləri
- Tələffüz və qrammatika yoxlaması
- Video və kitab bölmələri
- 2 cihaz dəstəyi, nəticələrin hesabda qorunması
- İngilis, alman və rus dilləri
- Tam məşq, Dinləmə və Oxu rejimləri
- Tələffüz və qrammatika yoxlaması
- Video və kitab bölmələri
- 2 cihaz dəstəyi, nəticələrin hesabda qorunması
- İngilis, alman və rus dilləri
- Tam məşq, Dinləmə və Oxu rejimləri
- Tələffüz və qrammatika yoxlaması
- Video və kitab bölmələri
- 2 cihaz dəstəyi, nəticələrin hesabda qorunması
Kodun var? Başla →
Öyrəndiyin dili danışıqda işlət.
Tətbiq həm tələffüzünü, həm də yazını yoxlayır, səhvin harada olduğunu Azərbaycan dilində aydın izah edir.
Həm telefonda, həm də kompüterdə işləyir. Keçdiyin dərslər hesabında yadda qalır, birində başlayıb digərində davam edə bilərsən.
FluentED-də cümlələri sadəcə gözlə oxuyub keçmirsən, onları eşidir, yazır və ucadan tələffüz edirsən. Səhvini yerindəcə düzəldirsən, bir müddət sonra isə həmin cümləni düşünmədən, sərbəst deyirsən.
Üç addımda başla.
- 1
Kod al
Instagram-da @fluentedcom səhifəsinə yaz. Ödənişi etdikdən dərhal sonra giriş kodunu sənə göndəririk.
- 2
Hesab yarat
“Başla” düyməsini sıx, kodu daxil et və e-poçtunla hesabını aç.
- 3
Ana ekrana əlavə et
Saytı telefonunun ana ekranına əlavə et. App Store və ya Play Market-dən heç nə yükləmədən adi mobil tətbiq kimi işlət.
Tez-tez verilən suallar
Hansı dilləri öyrənmək olar?
FluentED-də hazırda ingilis, alman və rus dillərini öyrənə bilərsən. Bütün dillərdə izahlar və tərcümələr Azərbaycan dilindədir. İstədiyin vaxt dili dəyişmək mümkündür.
Tətbiqi haradan yükləyim?
Mağazadan yükləməyə ehtiyac yoxdur. FluentED birbaşa brauzerdə açılır. Onu telefonun “Ana ekrana əlavə et” funksiyası ilə ekrana bərkitdikdə iPhone, Android və kompüterdə adi tətbiq kimi açılıb işləyir.
Hansı səviyyədən başlamaq olar?
Tam sıfırdan (A1) başlaya və ya öz səviyyəndən davam edə bilərsən. Sistemdə A1, A2, B1-B2 və C1 səviyyələri var. İlk girişdə uyğun səviyyəni seçirsən, sonradan istəsən ayarlardan dəyişə bilərsən.
Gündə nə qədər vaxt ayırmaq lazımdır?
Gündə 10-15 dəqiqə ilə başlamaq kifayətdir. Gündə neçə yeni cümlə öyrənəcəyini özün təyin edirsən, əvvəlki günlərin təkrarlarını isə tətbiq özü gündəlik planına əlavə edir.
Ödəniş aylıqdır, yoxsa birdəfəlik?
Üç seçim var: aylıq (24,90 ₼), 3 aylıq (59,90 ₼) və müddətsiz birdəfəlik paket (149,90 ₼). Kartdan avtomatik pul çıxılmır, müddət bitəndə yalnız özün istəsən yeni kod alıb uzadırsan. Birdəfəlik paketdə isə bir dəfə ödəyib həmişəlik istifadə edirsən.
Almadan əvvəl yoxlamaq olar?
Bəli, 1 günlük pulsuz sınaq imkanı var. Heç bir kod və ya kart məlumatı tələb olunmur, sadəcə hesab yaradırsan. Hesab yaradıb daxil olduğun andan etibarən 24 saat ərzində tətbiqin əsas bölmələrini özün yoxlaya bilərsən.
Neçə cihazda istifadə edə bilərəm?
Bir hesabı eyni vaxtda 2 cihazda (məsələn, həm telefonunda, həm də kompüterində) işlədə bilərsən. Bütün nəticələrin hesabında saxlanıldığı üçün telefonunu dəyişsən belə, keçdiyin dərslər və saxladığın sözlər itmir.
Süni intellekt nəyi yoxlayır?
Səsli məşq zamanı dediyin cümləni dinləyir və hansı sözləri düzgün tələffüz etmədiyini göstərir. Yazılı məşqdə isə buraxdığın qrammatik səhvləri tapır və qaydanı Azərbaycan dilində sadə şəkildə izah edir.
Bloqdan
Dil öyrənmə üsulları, hazır danışıq ifadələri, ən çox edilən səhvlər və sözləri yadda saxlamağın praktik yolları.
Alman dilini sıfırdan öyrənmək: haradan başlamalı
Alman dili ilk baxışdan qəliz görünür, amma düzgün başlayanda işin yarısı asanlaşır. Oxunuş, der, die, das, söz sırası və ilk ayın planı sadə dildə.
5 dəqiqəlik oxuRus diliRus dilini sıfırdan öyrənmək: əlifbadan ilk danışığa
Rus dilini çoxumuz eşidərək tanıyırıq, amma danışmağa gələndə vurğu, hallar və fellərin növü çətinlik yaradır. Kiril əlifbasından ilk danışığa qədər sadə plan.
4 dəqiqəlik oxuBaşlanğıcİngilis dilini sıfırdan öyrənmək: addım-addım plan
İngilis dilini sıfırdan öyrənmək düşündüyündən asandır, sadəcə düzgün ardıcıllıq lazımdır. İlk həftədən A2 səviyyəsinə qədər nəyi, hansı qaydada və gündə nə qədər öyrənəcəyini bu planda tapacaqsan.
5 dəqiqəlik oxuDanışmağa elə bu gün başla.
Hər gün bir neçə dəqiqə məşq et ki, öyrəndiyin sözlər lazım olanda dilinin ucunda olsun.
FluentED70 saniyəlik tanıtım